4 İyul, 2014
İŞİD-dən qorxulu məlumat bazası

“İraq və Şam İslam Dövləti” (İŞİD) silahlı qruplaşması ələ keçirdiyi bölgələrdə məlumat bazası şəbəkəsi qurur.

Simsar.az-ın məlumatına görə, İŞİD yaraqlıları qapı-qapı dolaşaraq şiələr, hökumət işçiləri və təhlükəsizlik əməkdaşları barədə məlumat toplayırlar.

Onları müəyyən etdikdən sonra biətə çağırırlar, etiraz edənləri ölümlə hədələyirlər.

Bu barədə Mosulu tərk etmiş keçmiş əyalət şurasının başçısı Bəşar əl-Xiki bildirib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!