4 İyul, 2014
Maradonanı VİP sektora buraxmadılar

FİFA Braziliyada keçirilən futbol üzrə dünya çempionatında Dieqo Maradonanın VİP sektorlara buraxılmaması barədə qərar verib.

Simsar.az-ın məlumatına görə, stadionların təhlükəsizlik xidmətlərinə dünya futbolunun əfsanəsi barədə xüsusi göstəriş verilib.

Braziliya mətbuatının verdiyi xəbərə görə, FİFA bu qərarı D.Maradonanın dünya futbol qurumunu daim tənqid etməsinə görə verib.

Bu yaxınlarda Maradona Pele və Frans Bekkenbaueri FİFA prezidenti Yozef Blatterin əmrlərini yerinə yetirən "gic" adlandırmışdı.

Argentinalı FİFA-nı uruqvaylı futbolçu Luis Suaresin diskvalikifasiyası qərarına görə tənqid edib.

FİFA-nın qərarını biabırçılıq adlandıran Maradona: "Başa düşmürəm, Luis Suares kimisə öldürdüyünə görə belə cəza alıb? Əgər elədirsə, onda niyə FİFA onun əllərini qandallayıb Quantanamoya göndərmir? O, çempionatda iştirak etmək üçün 1 il inadla çalışaraq 29 qol vurub. Onlar isə Suaresi çempionatdan qovdular. Bu, inanılmazdır".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!