4 İyul, 2014
Transferi qalmaqal yaradan futbolçunun maaşı açıqlandı

Türkiyənin "Qalatasaray" futbol klubu Olcan Adınla bağlanan müqavilənin detallarını açıqlayıb.

Simsar.az-ın məlumatına görə, İstanbul klubu bu gün "Trabzonspor"dan transfer etdiyi futbolçu ilə 4 illik müqavilə imzalayıb.

Olcan 4 il ərzində 7 milyon avro maaş alacaq. Belə ki, futbolçu birinci ildə 1.6, ikinci ildə 1.7, üçüncü ildə 1.8, dördüncü ildə isə 1.9 milyon avro qazanacaq. Bundan başqa ona 15 min avro maaş veriləcək.

Qeyd edək ki, "Qalatasaray" bu transferə görə "Trabzonspor"a 4 milyon avro ödəyib. Bundan başqa Salih Dursun iki il Trabzon klubuna icarəyə verilib. "Qalatasaray" icarəyə görə "Trabzonspor"dan pul almayacaq. Əvəzində qaradənizlilər iki il ərzində 1 milyon 750 min avro ödəməklə Salihin transfer hüququnu ala bilərlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!