26 Mart, 2011
Azərbaycan bu gecə yay vaxtına keçir

Bu gecə saatların əqrəbləri bir saat irəli çəkiləcək

Bu gecə Azərbaycanda yay vaxtına keçiləcək. Bu barədə APA-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarına əsasən, martın 27-si saat 04.00-da ölkə ərazisində saatlar bir saat irəli çəkiləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il Qərarına əsasən hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!