4 İyul, 2014
İngiltərə Suriya xalqını silahlandırırmış - PLAN

İngiltərə Suriyalı müxaliflərə təlim keçərək onları silahlandırmaq istəyib.

Simsar.az xəbər verir ki, İngiltərənin 2 il əvvəl Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən 100 min müxalif suriyalını təlimlər vasitəsilə silahlandırmaq planı ortaya çıxıb. Plana görə, müxaliflərlərdən bəziləri Türkiyə və İordaniyadakı düşərgələrdə öyrədilib silahlandırılaraq Suriyaya göndərilməli idi.

Bu gizli plan sahibinin İngiltərə ordusunun generalı David Rikards olduğu bildirilib.

Xatırladaq ki,  general Rikardsın bu təklifi o dövrün Baş naziri Devid Kamerun, Milli Təhlükəsizlik Şurası və ABŞ səlahiyyətliləri tərəfindən qiymətləndirilib. Nəticədə planın çox riskli olduğundan işə son qoyulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!