4 İyul, 2014
Azərbaycanlı otel sahibi əxlaqsızlıq üstündə tutuldu

Gürcüstanda fahişəliyə yardım və himayə etdiyi üçün Azərbaycan vətəndaşı saxlanılıb.

Simsar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, fahişəliyə yardım və himayəyə görə saxlanılan yeddi otel rəhbəri arasında üç Türkiyə, iki Gürcüstan, bir İran və bir Azərbaycan vətəndaşı var.

Hüquq mühafizə orqanlarının əməkdaşları otel işçilərini və qadınları şahid qismində dindiriblər. İstintaq nəticəsində saxlanılanların pul qarşılığında şəxsi otellərində qadınları müştərilərə təklif etdikləri bəlli olub.

Gürcüstan prokurorluğu saxlanılan şəxslər barəsində cinayət işi açıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!