4 İyul, 2014
Braziliyada faciə: 19 yaralı

Braziliyada futbol üzrə Dünya Çempionatının keçirildiyi Belo Horizonte şəhərində stadion yaxınlığındakı körpü uçub. Körpü stadiona gediş-gəlişi asanlaşdırmaq məqsədilə inşa edilirdi və hələ hazır deyildi.

Körpü hərəkətin intensiv olduğu avtomobil yolunun üzərindən keçdiyi üçün bir neçə avtomobil uçqunun altında qalaraq əzilib. Hadisə nəticəsində iki nəfərin həlak olduğu, azı 19 nəfərin isə yaralandığı deyilir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!