4 İyul, 2014
Azərbaycanlı müğənninin konsertində tamaşaçıları arı sancdı

Simsar.Az xəbər verir ki, Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə ötən gün Filarmoniyanın yay zalında konsert proqramı ilə çıxış edib.

Konsertdə tamaşaçıların arı hücumuna məruz qalması diqqətdən yayınmayıb.

Adının çəkilməsini istəməyən yerli məşhurlardan biri əməkdaşımıza verdiyi açıqlamasında deyib ki, səhnədə simfonik orkestrin musiqiçiləri, xor kopellası olsalar da Sevda bütün mahnılarını təqdimatını etdiyi "İntro" albomundan fonoqram kimi səsləndirib:

" Bu azmış kimi bir də məkanda arı sancan insanların səsini eşitmək heç də müsbət təsir bağışlamırdı".

Yenicə ailə həyatı quran müğənninin bu hadisəni necə şərh edəcəyi həqiqətən də çox maraqlıdır.

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!