4 İyul, 2014
Azyaşlı qız 8 mərtəbədən yıxıldı

Çinin Qaolinq şəhərində ürəkləri ağızlara gətirən ancaq  xoş sonluqla yekunlaşan hadisə baş verib. Simsar.az xəbər verir ki, hündürmərtəbəli binanın 8-ci mərtəbəsində yaşayan qızcığaz pəncərənin kənarında oyun oynayıb. Bir müddət sonra ayağı büdrəyərək yıxılıb. Xoşbəxtlikdən ərazidən keçən Yuan Jianping adlı şəxs qaçaraq onun yerə çırpılmasının qarşısını ala bilib. Hadisədən dərhal sonra qızcığazı xəstəxanaya aparıb. Həkimlər uşağın qabırğasında sadəcə çat olduğunu bildiriblər.

Jianpingin sözlərinə görə, uşağın yerə yıxıldığını görüb, heç bir şey düşünmədən pəncərənin altına qaçıb. “Yuxarıya baxdım və bir şeyin düşdüyünü gördüm. O an qolumun qırıla biləcəyini və ya başqa bir şey fikirləşsəydim qızcığazın faciəvi şəkildə ölümünün şahidi olacaqdım”.

Qeyd edək ki, qəza baş verən anda qızın ailəsi evdə olmayıb.

 

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!