26 Mart, 2011
Xarici işlər nazirlərinin görüşü baş tutmayıb

Görüş başqa vaxta keçirilib

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin martın 25-də Moskvada keçirilməsi nəzərdə tutulan görüşü başqa vaxta keçirilib. 

Simsar.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Rusiyalı diplomat qeyd edib ki, martın 25 tarixi tərəflərdən birini razı salmadığından, görüş təxirə düşüb: “Görüş ləğv olunmayıb. Məmmədyarov-Nalbandyan-Lavrov görüşü başqa vaxt keçiriləcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!