4 İyul, 2014
“Mercedes”dən meyiti çıxdı

Simsar.az-ın məlumatına görə Salyan rayonu Kürsəngi kəndinin ərazisində Lənkəran şəhər sakini Elnur Qasımovun idarə etdiyi “Mercedes” və Neftçala rayon sakini Şahmar Axundovun idarə etdiyi “Kana” markalı avtomobillər toqquşub. Ş.Axundov hadisə yerində ölüb, sərnişini, Bakı şəhər sakini Şahin Axundov xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!