4 İyul, 2014
Məleykə Abbaszadə Sumqayıtda vətəndaşları qəbul edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Sumqayıtda vətəndaşları qəbul edib. Simsar.az-ın məlumatına görə, qəbulda Sumqayıt şəhər, Abşeron, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan, Şuşa rayonlarından məcburi köçkünlər iştirak ediblər.

Müraciətlər əsasən, sənəd qəbulu, əvvəlki illərin məzunları möhlət hüququ almaq və təhsil sahəsindəki məsələlərlə bağlı olub. Qəbula gələnlər TQDK-nın sədrinə qəbul qaydalarında tətbiq olunan yeniliklər, magistraturaya qəbul qaydaları, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, buraxılış və monitorinq imtahanları və digər məsələlərə dair rəy və təkliflərini bildiriblər.

Müraciətlərin bəziləri yerindəcə həllini tapıb. Bəzi vətəndaşların komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!