4 İyul, 2014
İsraildən Məscid-i Əqsada cümə namazı QADAĞASI

50 yaşdan kiçik kişilər, 40 yaşdan kiçik qadınların Qüdsə keçməsinə icazə verilmir.

İsraillə Fələstin arasında gərginlik davam etməkdədir. Bu dəfə İsrail dövləti Ramazan ayının ilk cümə namazını Məscid-i Əqsada qılmaq istəyən fələstinlilərə məscidə giriş qadağası qoyub.

Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, İordan çayının qərb sahilində yaşayan fələstinlilər ilk cümə namazını qılmaq üçün səhər saatlarından etibarən nəzarət məntəqələrinə axışıblar.

İsrail dövləti isə həmin ərazidəki nəzarəti daha da gücləndirib. Yoxlamalar zamanı 50 yaşdan kiçik kişilərin və 40 yaşdan kiçik qadınların Qüdsə keçməsinə icazə verilməyib. Fələstinlilər bütün maneələrə baxmayaraq, Qüdsə gedəcəklərini bildiriblər.

Qeyd edək ki, İsrail polisi 50 yaşdan böyük kişi və 40 yaşdan böyük qadınlar istisna olmaqla heç kəsin Məscid-i Əqsaya girməməsi barədə təlimat verib. Bu təlimat polis tərəfindən ötən Ramazan aylarında da verilmişdi.

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!