4 İyul, 2014
SOMA üçün Azərbaycanda 40243 dollar toplandı

AzQAC Soma faciəsində zərərçəkənlər üçün 40243 dollar toplayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) bu il mayın 16-dan etibarən Türkiyənin Soma vilayətində baş vermiş mədən faciəsi nəticəsində həlak olmuş insanların ailə üzvlərinə yardım edilməsi məqsədilə “Mərhəmətinizi əsirgəməyin” devizi altında kampaniyaya başlayıb.

AzQAC-dan Simsar.az-a verilən məlumata görə, humanitar aksiya nəticəsində fiziki və hüquqi şəxslərin, xüsusilə Milli Məclis deputatlarının maliyyə dəstəyi ilə 40243 ABŞ dolları məbləğində vəsait toplanaraq “Türk KızılAy”ın bank hesabına köçürülüb.

Bu dəstək Azərbaycan xalqının qardaş türk xalqı ilə birliyinin bariz nümunəsidir. Kampaniyada əsasən Milli Məclisin deputatları fəallıq göstərib və onların ianələri yığılan məbləğin 80 faizini təşkil edib. Ümumilikdə, bu kampaniyaya 88 nəfər dəstək verib ki, onlardan da 40-ı Milli Məclisin deputatıdır.

Hüseyn İbadlı

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!