4 İyul, 2014
Bir neçə rayonda qaz olmayacaq - SİYAHI

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-ın verilən məlumata görə, qaz nəqli sistemində quraşdırma işlərinin aparılması, qaz ölçü qovşağının yenidən qurulması, mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi və siyirtmənin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 16:00-dək Suraxanı, saat 18:00-dək Qəbələ rayonuna, Xəzər rayonunun bir hissəsinə, həmçinin işlər başa çatanadək Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!