4 İyul, 2014
19 yaşlı ovçunun şəkilləri Facebook-u qarışdırdı – FOTOLAR

ABŞ Texas universitetinin tələbəsi Kendall Jonesin Afrikada ovladığı heyvanların yanında gülərək çəktirdiyi şəkillər geniş etiraza səbəb olub.

Simsar.az xəbər verir ki, Facebook-da aslan, gərgədan, fil kimi heyvan cəsədləri ilə şəkillər paylaşan 19 yaşlı Jones, qəribə də səslənsə, heyvanları qoruduğunu iddia edir.

Qeyd edək ki, gənc qızın belə şəkillər paylaşmasının qarşısını almaq üçün keçən həftə sosial şəbəkədə imza kampaniyasına başladılıb.

Vüsal Qarayev











Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!