4 İyul, 2014
Gəncədə 13 min nəfər üçün iş yeri açılır

Gəncədə bir-biri ilə əlaqəli işləyəcək 5 yeni müəssisənin inşasına başlanacaq.

Simsar.az xəbər verir ki, hazırda Yaponiyadan olan mütəxəssislər bununla bağlı araşdırmalar aparırlar. Yeni yaradılacaq zavodlarda məhsul əvvəldən axıradək heç bir yerə getmədən Gəncə müəssisələrində istehsal ediləcək. Zavodların hansı istiqamətdə fəaliyyət göstərməsi araşdırmalardan sonra müəyyənləşəcəkr. İlkin hesablamalara görə, bu müəssisələrdə 13 min nəfərədək insanın işləməsi nəzərdə tutulur.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, dövlətbaşçısının tapşırığına əsasən həyata keçiriləcək bu işlərlə İqtisadiyyat və Sənaye Nazirliyi məşğuldur. “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti də bu işə cəlb edilib.

Zavodların tikintisində və istifadəyə verilməsində yapon mütəxəssislərlə yanaşı, yerli kadrlar da iştirak edəcəklər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!