4 İyul, 2014
Ledi Qaqa yenə təəccübləndirdi - FOTO

Qəribə geyimləri ilə məşhur Amerika müğənnisi Ledi Qaqa indi də ağ gəlinliklə görüntülənib. Simsar.az xəbər verir ki, Kanadanın Monreal şəhərində konsert verməyə gedən Ledi Qaqa qaldığı oteldən ayrılarkən görüntüsüylə yenə diqqətləri üzərinə toplamağa nail olub. Qaqa straplez gəlinliyi, taxdığı iri muncuqlar və tünd rəngli göz makiyajı ilə diqqət çəkib. Gəlinliyi qara saçlarına taxdığı kristal tacla tamamlayan məşhur müğənni, gündəlik həyatında belə hər zaman diqqət çəkən və qeydi-adi geyimlər geyinir.

Günel

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!