4 İyul, 2014
ABŞ donanmasında ilk: qadın admiral oldu

Dünyanın ən müasir texnalogiyasına sahib olan və 1.5 milyona yaxın əsgərin xidmət etdiyi ABŞ ordusunda dünən bir tarix yaşandı. 238 illik ABŞ donanmasında qara dərili qadın əsgər dördüncü ulduzu taxaraq admiral rütbəsinə yüksəldi. Eyni zamanda ordunun ən yüksək rütbəyə sahib qadını ünvanının əldə etdi. Mişelle Houvard ABŞ donanmasında ikinci şəxs oldu.

Əldə etiyi uğurlar və qətiyyəti ilə tarixə keçən Houvard ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil olunmuş mərasimdə öz çıxışı ilə iştirakçıları kövrəldib. Mişelle qadın olaraq ordu içində yaşadığı sıxıntılardan bəhs edərərk zamanında qadınların orduda qəbul olunmadığını və bunun üçün böyük bir mübarizə apardığını söylədi. Qarşısına çıxan çətinliklərlə necə mübarizə etdiyini soruşan jurnalistlərə: “Mizah anlayışınızı əsla itirməyərək” cavabını verən Houvard qadınların onu bir nümunə kimi gördüyünü və əhəmiyyətli bir məsuliyyət altına girdiyini bildirdi.

Houvard 1999-cu ildə Amerikan hərbi gəmisini idarə edən ilk qaradərili qadın ünvanına sahib olmuşdu. Somali dəniz quldurları tərəfindən qaçırılan yük gəmisinin kapitanı Riçard Pillips üçün təşkil olunana xilasetmə əməliyyatını aparan Houvardın uğuru onun dünyada tanınmasına səbəb olmuşdu.

Onu da qeyd edək ki, bu uğurlu əməliyyata, ötən il baş rolunu Tom Hanksın oynadığı “Kaftan Phillips” adlı film də çəkilib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!