4 İyul, 2014
Təhsil naziri əmr imzaladı

İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi təşkil ediləcək.

Təhsil naziri ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsinin təşkili barədə əmr imzalayıb. Bu barədə Simsar.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Əmrdə qeyd olunur ki, təhsil sahəsində həyata keçirilən islahatlar prosesində müxtəlif maraq qruplarının iştirakının təmin olunması olduqca vacibdir. Vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulması Təhsil Nazirliyinin prioritet istiqamətlərindəndir.

Əmrə əsasən, 2014-cü il iyul ayında ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi keçiriləcək. İqtisadiyyat şöbəsinə Nazirlik tərəfindən seçilmiş layihələrin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!