4 İyul, 2014
Suya qarşı allergiyası olan qadın

Allergiya xəstəliyi insanların normal yaşamı üçün bir çox hallarda ciddi maneə törədir. Bəzən sevdiyin yeməkdən və ya paltardan imtina etməli, bəzən isə təbiətin ən gözəl dövründən məhrum olursan. Ancaq İngiltərədə yaşayan qadının allergiya səbəbi  daha acınacaqlıdır. Simsar.az xəbər verir ki, iki uşaq anası Barbara Vardin suya allergiyası var. Tər, gözyaşı, yağış və bu kimi tərkibində su olan bütün növ mayelər bədəninə təmas edən kimi dərhal dərisi qızarmağa və qabarmağa başlayır. Çimərkən xeyli əziyyət çəkən və üzə bilməyən Vard, yağışlı havalarda islanmamaq üçün əməlli-başlı canfəşanlıq edir.

230 milyonda bir təsadüf edilən akvagenik urtiker xəstəliyinin daşıyıcısı olan qadın tərlədiyi üçün idmandan, ağladığı üçün qəmli mühitlərdən, suya əl vura bilmədiyi üçün ev işlərindən uzaq durmalıdır. Əks halda şoka girə,  hətta ölə bilər.

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!