4 İyul, 2014
Ermənilər 2 əsgərimizi yaraladı

Dünən axşam saatlarında düşmən atəşkəsi yenidən pozub. Müdafiə Nazirliyindən Simsar.az-a verilən məlumata görə, nəticədə 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanıb. Hazırda onun vəziyyəti kafidir.

Gecə saatlarında isə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır.

Ülviyyə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!