4 İyul, 2014
Fransız xalqı kef eləmir – STATİSTİKA

Dünyanın inkişaf etmiş və aparıcı dövlətlərindən olan Fransada yoxsulluğun səviyyəsi, eləcə də varlılarla kasıblar arasında təbəqələşmə durmadan artır. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, 2011-ci ildə ölkə əhalisinin 14,5 faizi yoxsulluq səviyyəsində yaşamağa məcbur olub. Əgər 2011-ci ildə ölkədə ailələrin illik orta yaşayış səviyyəsi stabil olaraq 19.550 avro təşkil edirdisə, sonrakı illərdə bu rəqəm 10.530 avroya düşüb.

Fransa əhalisinin 11,9 faizi yoxsulluğun son həddində yaşayır. İşsizlər arasında yoxsulların səviyyəsi 2010-cu ildə 35,98 faizdən yüksələrək 2011-ci ildə 38,9 faizə çatıb. Əmək fəaliyyəti ilə məşğul olanlar arasında bu rəqəm 6,9 faizdir.

Statistik məlumata görə ölkə rəsmlərinin iqtisadi sahədə həyata keçirdikləri bəzi islahatlara baxmayaraq yoxsulların sayı durmadan artır.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!