4 İyul, 2014
“Miss Austria-2014”-ün qalibi müəyyən oldu

Avstriyanın Baden şəhərində “Miss Austria-2014“ müsabiqəsi keçirilib.

Avstriyanın bütün əyalətlərini təmsil edən müsabiqəçilərin iştirak etdiyi tədbirdə bu ölkənin və digər Mərkəzi Avropa dövlətlərinin şou-biznes nümayəndələri, 2009 və 2013-cü il dünya gözəllik müsabiqələrinin qalibləri, çoxlu sayda incəsənət xadimləri və mətbuat təmsilçiləri iştirak edib. Simsar.az xəbər verir ki, ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin rəhbərliyi, diplomatlarımız və bu ölkədə yaşayan soydaşlarımız da tədbir iştirakçıları arasında olublar.

Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov Avstriyada ilk dəfə tamaşaçılar qarşısına çıxış edib. O, tədbirdə eyniadlı albomundan “Amor” adlı mahnısını səsləndirib.

On yeddi müsabiqəçi arasında fərqlənən 19 yaşlı Yulia Furdea bu ilki “Miss Austria” gözəllik yarışmasının qalibi olub.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!