4 İyul, 2014
Neft hövzəsi də İŞİD-in əlində

Türkiyəli sürücüləri sərbəst buraxan İŞİD, dünən Suriyada önəmli ərazilər ələ keçirib.

Suriyada Hələbin şərqindən, İraqda Diyalaya qədər olan bölgədə Xilafət elan edib, adını İslam Dövləti olaraq dəyişdirən İraq-Şam İslam Dövləti, Suriyada stratji mövqelər ələ keçirib. Simsar.az xəbər verir ki, döyüşçülərin bəziləri döyüşsüz İŞİD-a təslim olublar. Digərləri isə geri çəkilərək iki qəsəbəni İŞİD-ə təslim ediblər. Daha sonra İraq sərhədindəki Neft hövzəsi də İŞİD-in əinə keçib və Muhassen rayonu da döyüşsüz təslim olub.

Və bununla da Türkiyə sərhədindən İraq sərhədindəki Ebu Kamala qədər 400 km-lik ərazi İŞİD-in nəzarətinə keçib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!