4 İyul, 2014
Azərbaycan Avropanın 30-cusu oldu

Ötən gün UEFA Avropa Liqasında baş tutan oyunlardan sonra ali qurum yeni klub reytinqini açıqlayıb.

Simsar.az xəbər verir ki, təqdim olunan cədvəldə Azərbaycan yenə 30-cu pillədə qərarlaşıb. Halbuki, siyahının 29-cusu olan Macarıstanı qabaqlamaq üçün gözəl imkanımız var idi. Belə ki, “Qəbələ”nin “Şiroki Briyeq”lə qarşılaşmada əldə edəcəyi bərabərlik də Azərbaycanın reytinq cədvəlində yüksəlməsinə səbəb olacaqdı.

 

28. Sloveniya – 10.000

29. Macarıstan – 9.250

30. AZƏRBAYCAN – 9.125

31. Slovakiya – 8.750

32. Gürcüstan – 8.375

33. Moldova – 8.375

 

Qeyd edək ki, siyahıya yenə də İspaniya başçılıq edir. İngiltərə ikinci, Almaniya isə üçüncü pillədə qərarlaşıb.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!