3 İyul, 2014
Kərtənkələ qulağa girdi

Türkiyədə bir nəfərin qulağına kərtənkələ girib.

Simsar.az-ın məlumatına görə, xəstəxanaların birində həkim işləyən Mustafa Ertunç yanına şiddətli qulaq ağrısı səbəbindən xəstə gətirilməsi barədə danışıb.

Onun sözlərinə görə, pasient bir gün əvvək qulağına kiçik bir kərtənkələnin girməyə çalışdığını bildirib: "Xəstə kərtənkələyə mane olmaq istəyən zaman sürünənin quyruğu qopub. Xəstə kərtənkələnin qulağına girib-girmədiyini hiss etməyib. Səhərisi gün isə şiddətli ağrılarla mənə müraciət etdi. Müayinə zamanı onun qulağında 3 santimetrlik kənar cisim təsbit etdik. Qulağından çıxan yad cismin quyruğu qırılan kərtənkələ olduğunu gördük".

Həkim fəaliyyəti ərzində ilk dəfə insan qulağına kərtənkələ girdiyini gördüyünü bildirib: "Bundan çox təəccübləndim. Zaman - zaman xəstələrin qulağına böcək və müxtəlif həşarətlərin girməsini görmüşəm. Bu dəfə ilk dəfə qulağa kərtənkələ girdiyini gördüm".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!