3 İyul, 2014
Özünü çoxmərtəbəli binadan atmaq istədi

Bakıda bir nəfər çoxmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib

Hadisə Heydər Əliyev prospektində yerləşən yeni inşa olunan binalardan birində qeydə alınıb.

Bakı şəhər sakini Orucov Elvin Bəhruz oğlu binanın damına çıxaraq özünü atmağa cəhd edib.

Hadisə yerinə gələn polis əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin səyi nəticəsində intihara cəhdin qarşısı alınıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!