3 İyul, 2014
İki qadın güləşçimiz birincidir REYTİNQDƏ

Beynəlxalq Güləş Federasiyası (FİLA) iyul ayı üçün qadın güləşi üzrə idmançıların reytinq siyahısını açıqlamışdır. Qadın güləşçilərin reytinq siyahısına 5 idmançımızın adı daxil edilmişdir.

Siyahıda 48 və 60 kiloqram çəki dərəcələrində güləşçilərimiz Mariya Stadnik və Yuliya Ratkeviç birinci pillədə qərarlaşmışlar.

Digər güləşçilərimiz Patimat Baqomedova 15-ci (53 kq), İrina Netreba 6-cı (58 kq) və Raqnetta Qurbanzadə isə 18-ci (69 kq) yerdədirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!