3 İyul, 2014
Nazir: Azərbaycan BMT-də tutduğu mövqe ilə kifayətlənməyəcək”

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Elektron hökumət” üzrə hesabatlarında tutduğu mövqeyini daha da yaxşılaşdırmaq  niyyətindədir.

“Azərbaycan BMT-nin “Elektron hökumət” üzrə hesabatında tutduğu mövqe ilə kifayətlənməyəcək”. Simsar.az-ın məlumatına görəb bunu Azərbaycan Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir bildirib ki, son 10 ildə BMT-nin  təqdim etdiyi hesabatlarda Azərbaycanın tutduğu mövqe ölkənin hazırkı inkişafına uyğun gəlmirdi: “Son zamanlar “Elektron hökumət”in gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində elektron hökumət xidmətlərinə bütün rayonlardan çıxışın təmin edilməsi, “ASAN mərkəz”in təqdim etdiyi  xidmətlərin genişləndirilməsi bizə müəyyən uğur əldə etməyə və 28 pillə irəliləyərək 68-ci yerdə qərarlaşmağa imkan verdi”

Ə.Abbasov vurğulayıb ki, Azərbaycanda internetin və informasiya texnologiyalarının inkişafına bu mövqe də kifayət deyil və biz çalışacağıq ki, yaxın illərdə inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşaq.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!