3 İyul, 2014
Ukrayna Slavyanskı havadan və qurudan vurur – FOTOLAR

Ukrayna ordusu Rusya meyilli güclərin əlində olan Slavyanska hucum edib. Bölgədə çoxlu ölü və yaralıların olduğu bildirilir.

Simsar.az xəbər verir ki, Ukrayna ordusu atəşkəsin bitməsiylə aylardır Rusyameyillilərin nəzarətində olan Luqanska əməliyyatları genişləndirib. Şəhərdəki hədəfləri toplarla vuran əsgərlər, tanklarla mühasirəyə aldığı Luqanska giriş-çıxışa icazə vermir.

Hətta hadisə yerinə gedən Anadolu Agentliyinin jurnalistlərinə də atəş açılıb.

Slavyanskdan qaçan bəzi vətəndaşlar atışmanın fasiləsiz sürdüyünü, ordunun tank və toplarla şəhəri atəşə tutduğunu, bəzən qırıcılardan da istifadə edildiyini deyirlər.

Yerli qaynaqlar bildirirlər ki, çoxlu ölü və yaralılar var. Şəhərdə işıq və su kəsilib. İnsanlar qida sıxıntısı çəkirlər.

Bildirilir ki, şəhərin kənar məhəllələrindən birində yaşayış binasının havadan vurulması nəticəsində 50-ə yaxın insan ölüb.

Vüsal Qarayev




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!