3 İyul, 2014
FIFA 2014-ü Şakira bağlayacaq!

FIFA 2014 Braziliya Dünya Kuboku bağlanış mərasimində məşhur Kolumbiyalı müğənni Şakira səhnəyə çıxacaq.

Simsar.Az xəbər verir ki, 13 iyul 2014 tarixində sona çatacaq Dünya Kuboku bağlanış mərasimində finalı Şakira edəcək.

2014 Dünya Kuboku açılış mərasimində də Pitbull, Klaudia Leitte və Cenifer Lopez səhnə almışdı.

FİFA-ın rəsmi internet saytında verilən xəbərə görə, 13 iyul tarixində Marakana Stadionunda oynanacaq final matçı əvvəlində Şakira səhnəyə çıxacaq və "La la la" adlı mahnını səsləndirəcək.

Məşhur Kolumbiyalı müğənni Şakira "Dünya Kubokunun nə qədər əhəmiyyətli bir təşkilat olduğunu bilirəm bu təşkilatda iştirak etmək fürsəti tapdığım üçün minnətdaram" deyib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!