3 İyul, 2014
Ziya Məmmədovdan Sabir Rüstəmxanlının oğluna VƏZİFƏ

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-də yeni təyinat olub.

Simsar.az-ın əldə etdiyi məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun imzaladığı əmrə əsasən, Cəmil Rüstəmxanlı “Azəryolservis”də beynəlxalq əlaqələr idarəsində qrup rəhbəri təyin edilib. O, bu vəzifəyə bir müddət öncə təyin olunub.

Qeyd edək ki, Cəmil Rüstəmxanlı millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının oğlu, nəqliyyat naziri Z. Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkənidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!