3 İyul, 2014
Arif Abdullayev vəzifəsindən azad edildi

Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın məşqçilər korpusunda dəyişiklik edilib.

Simsar.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun əmri ilə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev tutduğu vəzifədən azad edilib.

Onun yerinə, bir vaxtlar sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi olmuş, yığma komandanın baş məsləhətçisi Saypulla Absaidov təyin olunub.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!