3 İyul, 2014
Moskva Ermənistanın müdafiəsinə hazırdır - Ekspert

“Sülhməramlıların yeridilməsi Qarabağ ərazisində təhlükələrin azalmasına kömək edəcək”.

Simsar.az xəbər verir ki, bu fikirləri "MDB ərazisində Müasir təhlükəsizlik çağırışları" mövzusunda videokörpü zamanı  Rusiya İctimai Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi-siyasi ekspert Vladimir Yevseyev  bildirib.

Bu yaxınlarda Azərbaycan tərəfdən erməni kəndlərinin atəşə tutulmasından danışan Yevseyev bildirib: "Rusiyanın müdafiə üzrə Ermənistan qarşısında öhdəlikləri var. Moskva 100% Ermənistan Respublikasının ərazisində təhlükəsizliyin təmin olunmasına yardım göstərməyə hazırdır. Dağlıq Qarabağ zonası haqqında danışsaq, ilk növbədə snayperlər ərazidən çıxarılmalıdır. Birinci bunu etmək lazımdır. Çünki hələlik heç bir ölüm halı istisna ola bilməz.”

Onun fikrincə, Ermənistana digər ölkələrdən gələn təhlükənin mahiyyətini dəqiq anlamaq lazımdır. Həmçinin təhlükənin azaldılması üçün sülhməramlı kontingentindən istifadə məsələsini nəzərdən keçirmək olar.

Yevseyev əmindir ki, təhlükəsizliyi təmin etmək üçün hansısa dəyişdirilmiş Madrid prinsiplərini təklif etmək lazım deyil. Əksinə dövlət sərhədlərində vəziyyətin yaxşılaşdırılması üçün real ola bilən  yeni yanaşmalar axtarılmalıdır.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!