3 İyul, 2014
Son dəqiqə: İŞİD türk sürücüləri buraxdı

İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının 10 iyun tarixində qaçırdığı 32 “TIR” sürücüsünü azad edib.

Sürücülərin avtomobilləri isə İŞİD tərəfindən müsadirə edilib. Sürücülər Türkiyə sərhəddində təhvil verilib.

Xatırladaq ki, İŞİD 10 iyun tarixində Mosula benzin aparan 28 türk “TIR” sürücüsünü əsir götürüb. Bundan sonra Türkiyə hökmətini təhdid edərək 5 milyon dollarlıq girov ödənməyəcəyi təqdirdə hər gün bir sürücünü öldürəcəyini bildirmişdi.

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!