3 İyul, 2014
“Neftçi” Kiyev “Dinamo”su ilə heç-heçə etdi - YENİLƏNİB

“Flaqman”ın təlim-məşq toplanışı davam edir

Avstriyada təlim-məşq toplanışı keçən "Neftçi" bu gün ilk yoxlama oyununda qüvvəsini sınayıb. Teleqraf.com-un məlumatına görə, "ağ qaralar" Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşıb. Hərəyə iki dəfə fərqlənən komandalar görüşdən bərabərliklə ayrılıblar - 2:2. "Neftçi" (Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:2 Qollar: Rıbalka, 31 (0:1), Yarmolenko, 35 (0:2), Flavinyo, 40 (1:2), Ernest Nfor, 51 (2:2)

*** 15:08

Simsar.az xəbər verir ki, toplanış çərçivəsində “ağ-qaralar” bu gün növbəti yoxlama oyununu keçirəcəklər. Kiyevin “Dinamo” klubu ilə qarşılaşacaq Böyükağa Hacıyevin yetirmələri bu matçı da Avstriyada keçirəcəklər.

Qeyd edək ki, matçın start fiti Bakı vaxtı ilə saat 15:30-da səslənəcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!