24 Mart, 2011
Qənirə Paşayeva Gürcüstanda Novruz şənliklərində oldu

Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində keçirilən Novruz şənliklərində iştirak edib

Millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində keçirilən Novruz şənliklərində iştirak edib. 

Simsar.az-ın məlumatına görə, millət vəkil kənd sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edib, onlara əmin-amanlıq, xoş gələcək arzulayıb. Həmin gün məktəb şagirdləri konsert proqramı ilə çıxış edib. Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva mahnıları ilə tədbir iştirakçılarını sevindirib. Axşam isə Faxralının Gözəl dağında bayram tonqalları yandırılıb. 


“Arzu edirəm ki, həmişə Gözəl dağının zirvəsində Novruz tonqalları yansın, gələn il bu bayram tonqallarını işğaldan azad edəcəyimiz Qarabağımızda və Qarabağ ətrafı rayonlarımızda yandıraq. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların ən böyük arzusu budur və o gün uzaqda deyil” – deyə, Qənirə Paşayeva deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!