24 Mart, 2011
Türk hərbi gəmiləri Liviyada

NATO-nun Liviyaya qoyduğu silah embarqosunu tətbiq etmək üçün ən böyük məsuliyyət Türkiyənin üzərinə düşür

Simsar.az xəbər verir ki, dənizdə ən çox hərbçi və texnika Türkiyə Ordusuna məxsus olacaq. Belə ki, Türkiyə Hərbi Dəniz Donanması Liviyaya 5 gəmi və 1 sualtı gəmi göndərib. Gəmilərdən ikisi artıq Liviyaya çatıb. 


Ümumiyyətlə, NATO-nun missiyası çərçivəsində ölkəyə 16 hərbi gəmi göndərilməsinə qərar verilib. Bunlardan 6-sı Türkiyəyə məxsusdur. Missiyaya komandanlığı və nəzarəti İtaliya gəmisi həyata keçirəcək. Bundan başqa, Kanada, İspaniya, İngiltərə, Yunanıstan və ABŞ gəmiləri də dənizdən ölkəyə silah keçirilməsinin qarşısını alacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!