3 İyul, 2014
“İnter” uğursuz seriyanı qıra biləcəkmi?

Bu gün UEFA Avropa Liqasında Azərbaycan klubları mübarizəyə qoşulur

Simsar.az xəbər verir ki, ilkin təsnifat mərhələsi çərçivəsində “İnter” Moldovanın “Tiraspol” klubunu mübarizədən kənarlaşdırmağa çalışacaq. Hazırda UEFA klub reytinqində qonşu pillələrdə qərarlaşan Azərbaycan və Moldova təmsilçilərinin dueli maraqla gözlənilir. Buna qədər 5 dəfə Avrokubok yarışlarında rəqib olan iki ölkə komandalarından sevinən tərəf həmişə moldovanlar olublar.

UEFA Kuboku 2005/06

“Nistru” – “Xəzər Lənkəran” 3:1, 2:1

İntertoto Kuboku 2006/07

“MKT-Araz” – “Tiraspol” 1:0, 0:2

UEFA Kuboku 2006/07

“Zimbru” – “Qarabağ” 1:1, 2:1 (əlavə vaxtda)

İntertoto Kuboku 2007/08

“Bakı” – “Daçiya” 1:1, 1:1 (penaltilərdə “Daçiya” qalib gəlib)

Avropa Liqası 2010/11

“Olimpiya” – “Xəzər Lənkəran” 0:0, 1:1

“İnter” isə ilk dəfədir ki, Moldova təmsilçisi ilə üz-üzə gəlir. 2006/07 mövsümündə “MKT-Araz”ı mübarizədən kənarlaşdıran “Tiraspol” bu dəfə “bankirlər”lə oyunda eyni nəticəni təkrarlamaq niyyətindədir. Kaxaber Tsxadadzenin komandası isə Azərbaycan klublarının uğursuz seriyasına son qoymaq arzusundadır.

Xatırladaq ki, “Tiraspol” və “İnter” arasında görüş bu gün saat 22:00-da start götürəcək. Tərəflər bir həftə sonra Bakıda cavab oyununa çıxacaqlar.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!