24 Mart, 2011
Tatlısəs yenə əməliyyat olunacaq

Həkimlər növbəti cərrahiyyə əməliyyatının keçiriləcəyi vaxtı açıqladılar

Simsar.az NTV-yə istinadən bildirir ki, 10 gün əvvəl İstanbulun Maslak səmtində silahlı hücuma uğrayan və başından ağır güllə yarası alan İbrahim Tatlısəs ikinci dəfə cərrahiyyə əməliyyatına məruz qalacaq.

Tatlısəs sui-qəsddən 1 saat sonra cərrahiyyə əməliyyatına məruz qalmışdı. 4,5 saat davam edən əməliyyat zamanı onun parçalanmış kəllə sümükləri beynindəki şişin keçməsi üçün qarın boşluğuna yerləşdirilmişdi.

İkinci əməliyyat aprelin 5-də aparılacaq. Cərrahlar 8 saat davam edəcək əməliyyat zamanı Tatlısəsin qarın boşluğundakı kəllə sümüklərini yenidən onun qafasına yerləşdirəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!