24 Mart, 2011
Əsgərimiz şəhid oldu

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində baş verib. Erməni hərbçilərinin açdığı atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Samir Hidayət oğlu Ağayev həlak olub.

1986-cı il təvəllüdlü Samir Ağayev müddətdən artıq xidmət keçən hərbi qulluqçu olub. O, Tovuz rayon Hərbi Komissarlığından xidmətə çağırılmışdı. Şəhid hərbçi bu gün doğulduğu Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində dəfn edilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya xəbəri təsdiqləyiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!