2 İyul, 2014
Uğursuz sünnətə görə 19 nəfər öldü

Cari ilin başlanğıcından Cənubi Afrika Respublikasında 19 nəfər uğursuz sünnət əməliyyatları nəticəsində ölüb.

Simsar.az-ın məlumatına görə, bu haqda ölkənin səhiyyə departamentindən xəbər verilib.

Daha 50 nəfər ayin mərasimlərinin gedişatında "qazandıqları" infeksiyalarla xəstəxanalara çatdırılıb.

Sonrakı travmaların və ölümlərin qarşısının alınması üçün CAR hökuməti tayfa rəhbərlərini ixtisaslaşdırılmış tibbi personalla işləməyə çağırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!