2 İyul, 2014
Benzema: "Hər oyundan öncə "Quran" dinləyirəm"

Fransa millisinin müsəlman futbolçusu Kərim Benzema Ramazan ayında oruc tutduğunu açıqlayıb.

Simsar.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, DÇ-2014-ün 1/8 finalının Nigeriya matçında oruc tutaraq meydana çıxdığını deyib.

Benzema onu da bildirib ki, hər oyun  öncəsi "Quran"ın surələrini qulaqcıqla dinləyir:

"Quran" Allahın kitabıdır. Quranın surələrində çox mənalı fikirlər var. Hər qarşılaşmanın başlamasına on dəqiqə qalmış qulaqcıqla Quranın sürələrini dinləyirəm. Bu, mənə rahatlıq verir".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!