2 İyul, 2014
Gənc Alim və Mütəxəssislər Şurası tələbələrlə görüşdü

AMEA Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tələbələrlə görüş keçirib. Simsar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan institutun GAMŞ sədri, biologiya üzrə fəlsəfə doktoru Zaman Məmmədov gənclərin ali məktəblərdən elm mərkəzlərinə istiqamətlənməsində görülən işlərdən danışıb. Bildirib ki, AMEA prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə elmi istiqamətlər üzrə gənclərin kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Həmçinin, ali məktəblərdə təhsil alan istedadlı tələbələrin bu elm ocağına cəlb olunması, onların sonrakı potensialının Azərbaycan elminin inkişafına yönəldilməsi işi də uğurla davam etdirilir.

Daha sonra Azərbaycan Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin tələbələri Dendrologiya İnstitutunda fəaliyyət gostərən “Toxumçuluq və herbari”, “Bitki ekologiyası”, “Bitkilərin ziyanvericilərinin, xəstəliklərinin mühafizəsi və dianostikası”, “Dendroxronologiya”, həmçinin “Landşaft memarlığı” laborotoriyalarının tədqiqat işləri ilə tanış olublar.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!