2 İyul, 2014
Sərxoş gənci qatar vurdu - Azərbaycanda

Tovuz rayonunun Qovlar şəhərində 29 yaşlı gənci qatar vurub.

Tovuz rayon Mərkəzi Xəstəxanasından Simsar.az-ın qərb bürosuna verilən məlumata görə, 1985-ci il şəhər sakini təvəllüdlü Babək Hüseynovu sərxoş vəziyyətdə dəmir yolu xəttini keçərkən qatar vurub.

Ağır bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağ qolunu və sol əlindən 4 barmağını amputasiya ediblər. Hazırda Tovuz Mərkəzi Rayon Xəstəxanasında müalicə alan zərərçəkənin səhhətini həkimlər kafi qiymətləndirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!