2 İyul, 2014
Abutalıbovdan oğlunun həbsi barədə yayılanlara Münasibət

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun həbs edilməsi barədə yayılan informasiyalara münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova APA-ya açıqlamasında bildirib ki, bəzi KİV-də İ. Abutalıbovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və şayiədir: “İsrafil Abutalıbov hazırda ailəsi ilə birlikdə Londonda yaşayır”.

Xatırladaq ki, bəzi KİV-də MTN-in Aşurbəy məscidində əməliyyat keçirdiyi və İ. Abutalıbovun həbs edildiyi barədə məlumatlar yayılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!