1 İyul, 2014
Altılıq ölkələri İrana iyulun 20-ə kimi vaxt verdi

İranı sanksiyalardan çıxaracaq danışıqlar yenidən masadadır. İran bu danışıqları aparmaqda ona görə maraqlıdır ki, uranın zənginləşdirməsini sülh məqsədli olduğunu sübuta yetirsin və ölkəni iqtisadi inkişafa aparacaq beynəlxalq sanksiyalardan canını qurtarsın.

Simsar.az-ın məlumatına görə, Avstriyada İran və beynəlxalq qüvvələr arasında nüvə proqramı ilə bağlı danışıqlar başlayıb. Artıq danışıqlar demək olar ki, həlledici məqama daxil olub. Birləşmiş Ştatlar, Böyük Britaniya, Çin, Rusiya, Fransa və Almaniyadan ibarət altılıq ölkləri ilə İran arasında bir neçə ay əvvəl əldə olunan razılaşma əsasında rəsmi Tehran iyulun 20-dək uranın zənginləşdirilməsi prosesini mövcud 20 faizdən 3 faizədək salmalıdır. Yalnız bunun müqabilində o, sanksiyalardan yaxa qurtara bilər. İran prezidenti Həsən Ruhani xalqını əmin edib ki, sanksiyalar bir daha bərpa olunmayacaq.

İran prezidenti Həsən Ruhani: "Biz nə etdiyimizi bilirik. Bizim nümayəndə heyətimiz yüksək səviyyəli mütəxəssislərdən ibarət komandadır. Biz xalqı əmin etmək istəyirik ki, “sanksiyalar boğçası” artıq qırılıb. Və heç kim, heç bir usta bu boğçanı təmir edə bilməz”.

Altılıq ölkələri İranın nüvə proqramının nüvə silahının hazırlanması məqsədilə həyata keçirildiyini iddia edir. Rəsmi Tehran isə bu proqramın yalnız dinc məqsədlərlə icra olunduğunu bəyan edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!