1 İyul, 2014
Bakıda qadın özünü binadan atdı - FOTO

Bakıda qadın çoxmərtəbəli binadan özünü atıb.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nobel prospekti 9 ünvanında qeydə alınıb.

Özünü binadan atan, şəxsiyyəti hələlik məlum olmayan 30-35 yaşlı qadın yerindəcə keçinib.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində iş aparır.

Qadının meyitinin fotosu sosial şəbəkələrdə də yayılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!