1 İyul, 2014
“Argentina İsveçrə qarşısında favorit deyil”

“Biz oyuna ciddi hazırlaşmışıq. Eyforiyaya qapılmaq lazım deyil. Çoxları bizi Mundialın favoriti sayır. Ancaq biz İsveçrə qarşısında favorit deyilik”. Simsar.az “Sport.es”ə istinadən xəbər verir ki, bu sözləri Argentina millisinin baş məşqçisi Alexandro Zabella deyib. 1/8 final mərhələsində ciddi sınaqla üzləşdiklərini bildirən çalışdırıcı rəqibi tərifləyib: “Bu, Mundialdır. Burada zəif komanda yoxdur. İsvçrə FİFA reytinqində bizdən cəmi 1 pillə geridir. Düşünürəm, bizim üçün asan olmayacaq. Lakin qələbə üçün əlimizdən gələni edəcəyik”.

Komandanın hazırkı vəziyyətindən də danışan Zabella: “Taktiki elementlərdə fərqliliklər olmasa da, pley-off mərhələsi üçün müəyyən sürprizlərimiz var”, - deyib.

Xatırladaq ki, San-Paulo şəhərində baş tutacaq Argentina – İsveçrə qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!